Rus ekspert: “Qərb Ermənistana revanş vədi verib”

Rus ekspert: “Qərb Ermənistana revanş vədi verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ermənistan münasibətləri çox təhlükəli vəziyyətdədir”. Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi rus ekspert Aleksey Fenenkodur.
Onun sözlərinə görə, ABŞ Ermənistana bir sıra vədlər verməklə yanaşı, həm də onu bəzi şeylərə inandırmağa çalışır. “ABŞ Ermənistana deyir ki, Rusiya Azərbaycan və Türkiyəyə yaxınlaşır. Amma biz sizə revanş məsələsində kömək edə bilərik. Bir şərtlə ki, Rusiya ilə əlaqələri kəsin”.
Fomenko qeyd edir ki, Rusiya Ermənistanla münasibətlərini hələlik korlamaq istəmir. “ Rusiya Ermənistanın Qərbə getməsində maraqlı deyil. Amma Moskvanın səbri də bir yerə qədərdir. Günün birində 102-ci ordusunu Ermənistandan çıxarıb, kənara çəkiləcək. O zaman Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaq. Bu gün Kreml Azərbaycanla Ermənistan arasında hərbi toqquşmanın olmasını istəmir. Lakin bu sona qədər olan məsələ deyil. Qərb isə Azərbaycanla heç vaxt döyüşməyəcək”.