“Paşinyan iqtidarı Azərbaycanpərəst mövqe tutduğu üçün Rusiyanı hər cür incitməyə çalışır”.
Tribunainfo.az xəbər verir ki, bunu rus politoloq Mixail Aleksandrov deyib.
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə əlaqələrini kəsməsi, KTMT-dən çıxmaq cəhdləri bununla bağlıdır. Rus politoloq hesab edir ki, hazırda baş verənlərin kökü 2020-ci ilə gedib çıxır. “Ermənistan XİN-i hələ 2020-ci ildə deyirdi ki, bizə kömək etməsəniz Qərbə gedəcəyik. İndi orada hamı bu kursu nümayiş etdirir. Nə dərəcədə nəticə əldə edəcəyini bilmirəm”.