“Regiondan minlərlə kilometr uzaqda yerləşən ölkələr Cənubi Qafqazdakı proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurmaya çevirməyə çalışırlar”. Tribunainfo.az xəbər verir ki, bunu rus şərqşünas İrina Fyodorova deyib.
Onin fikrincə, İranla Ermənistan arasında qarşılıqlı faydalı münasibətlər Qərb dövlətlərinin hərəkətləri ucbatından pozula bilər. “Coğrafi baxımdan Cənubi Qafqazda, Yaxın Şərqdə yerləşməyən ölkələrin oradakı dövlətlərin problemləri ilə məşğul olmağa ehtiyac yoxdur”.
Fyodrovna deyib ki, Ermənistanla sərhəd, şübhəsiz ki, Tehran üçün vacibdir. “Çünki o, həmin regionun bir hissəsi olan digər ölkələrlə təmas imkanlarından biridir”