Rus azarkeşlər Romada faciə ilə üzləşdi: 30 yaralı

Rus azarkeşlər Romada faciə ilə üzləşdi: 30 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Romada metroda eskalatorun sıradan çıxması üzündən 30-dək adam xəsarət alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xəsarət alanlar futbol azarkeşləridir.

Qeyd edək ki, bu gün Romada UEFA Çempionlar Liqasının üçüncü turunun “Roma” – MOİK oyunu keçirilir.

Bildirilir ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.