“Mən Rumıniya Senatının qərarı ilə Rumıniya-Azərbaycan Dostluq Qrupunun üzvü olaraq bu missiyada iştirak edirəm. Müşahidəmiz zamanı müəyyən etdik ki, seçki məntəqələri qrafika uyğun açılıb, eyni zamanda, komissiyaların tərkibi hüquqi normalara uyğun olaraq formalaşmış, seçki qutuları isə möhrülənmişdi”.
Bunu Rumıniya Senatının komitə sədri Kristian Oqusten-Tsarqalaş mətbuat konfransında söyləyib.
O əlavə edib ki, hər kəsin demokratik hüququndan istifadəsi üçün şərait yaradılıb:
“Seçkiləri müstəqil müşahidəçilər də izləyirdi. Eyni zamanda mətbuat nümayəndələrinin də səsvermə prosesini izləməsi üçün hər cür şərait yaradılmışdı, heç bir məhdudiyyət yox idi. Təhlükəsizlik məntəqəyə gələn şəxslərin şəxsiyyət vəsiqəsini təqdim etməsi ilə təmin olunurdu. Məntəqələrdə təbliğat materialları və kənar şəxslər müşahidə etmədik. Yekunda onu qeyd etmək istəyirəm ki, vətəndaşların səsvermə kimi demokratik hüququndan istifadə etməsi üçün şərait yaradılmışdı. Yekun hesabat Senatın sədrinə və əlaqəli qurumlara göndəriləcəkdir”.
APA