backend

Rumıniyada tarixi an: Xalq ayağa qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada 1989-cu il inqilabından sonra ən böyük etiraz aksiyaları baş verir. 

Rumıniyada 1989-cu il inqilabından sonra ən böyük etiraz aksiyaları baş verir.

TİA.AZ xəbər verir ki, minlərlə məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiq olunmasından sonra 150 minə yaxın insan küçələrə axışıb.

Xalq bu qanun dəyişikliklərinin korrupsiyaya qarşı mübarizəni çətinləşdirəcəyini deyərək, hökuməti istefaya çağırır.

Jurnalist Lusian Mindruta bu tarixi anları belə ifadə edir:

“Bu, aldadıldığını başa düşən insanların kədərini göstərən inanılmaz bir hadisədir. Bu insanlar hökumət tərəfindən aldadılıb”.

Qeyd edək ki, yeni qanun layihəsində 5 ildən az həbs cəzası alan məhkumların və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərindən həbs olunan məmurların əfvi nəzərdə tutulub.