Rumıniyada əsrin fəlakəti: Ölənlər varbackend

Rumıniyada əsrin fəlakəti: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın şərqindəki Qalati əyalətində güclü yağışlar və daşqınlar nəticəsində dörd nəfər ölüb.

Tribunainfo.az bu barədə TASS-a istinadən xəbər verir.

Bölgədə 12 yaşayış məntəqəsinə ciddi ziyan dəyib, beş mindən çox evi su basıb. İnsanların evakuasiya edildiyi, yolların bağlandığı Arqes, Bakau, Buzau, Hunedoara, Nyams, Vılça və Vrança əyalətlərində də vəziyyət ağırdır.

Bəzi yaşayış məntəqələrində su basmış küçələrdə suyun səviyyəsi metr yarıma çatır. Fəlakətin nəticələrinin aradan qaldırılmasına xilasedicilər, polis və jandarmlar, eləcə də helikopterlərdən və hava ilə doldurulan qayıqlardan istifadə edən ordu hissələri cəlb olunub. Yerli sakinlər 1970-ci illərin ortalarında baş verən daşqınlardan sonra yeni əsrdə bu ərazidə belə bir fəlakətin baş vermədiyini deyirlər.