RUM LİDERİNDƏN QALMAQALLI TÜRKİYƏ AÇIQLAMASI

RUM LİDERİNDƏN QALMAQALLI TÜRKİYƏ AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Respublikasının (KKTC) Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yol çəkmək cəhdi BMT sülhməramlıları tərəfindən qarşılanıb. Bloklama zamanı Kipr türk tərəfi ilə BMT rəsmiləri arasında gərginlik yaranıb. Türkiyənin hadisələrə reaksiyası sərt olsa da, Rum tərəfi Türkiyəni hədəfə alaraq təxribatı davam etdirib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, KKTC rəhbərliyinin Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan Yaşıl Xətt üzərindəki Xovlu kəndinə asan gediş-gəlişi təmin etmək üçün başlatdığı Xovlu-Yiğitler Yolu Layihəsi səbəbiylə bölgədə gərginlik artıb.

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNFICYP) Kiprdəki əsgərləri bölgədə təhlükəsizliyi təmin etmək üçün KKTC polisi və yol tikinti qrupuna fiziki müdaxilə ediblər.

Türkiyənin hadisələrə reaksiyası və sonrakı açıqlamaları sərt olsa da, Rum tərəfi təxribatlarına bir yenisini əlavə edib.

Kipr Rum Administrasiyasının (KKİ) prezidenti Nikos Xristodoulides Türkiyəni hədəfə alıb və qalmaqallı açıqlamalar verib.