İran Prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ərdəbil şəhərinə səfər edib.
İran Prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ərdəbil şəhərinə səfər edib.
Axar.az xəbər verir ki, o, Urmiya, Təbriz və Zəncanda olduğu kimi, bu şəhərdə də milli şüarlarla qarşılanıb. Ərdəbil sakinləri “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Haray, haray, mən türkəm” və s. kimi şüarlar səsləndirib, üzərində “Azərbaycanın susqunluğu əbədi olmayacaq”, “Biz ölkədə türk dilinin rəsmi olmasını istəyirik” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.
Mitinqə qatılan ərdəbillilər H.Ruhaniyə 4 il öncə verdiyi vədləri yerinə yetirmədiyi üçün kəskin etiraz ediblər. Məlumata görə, mitinq zamanı polis əməkdaşları “Azərbaycanın susqunluğu əbədi olmayacaq” plakatının qaldırılmasına mane olmaq istəyiblər, lakin bu, mümkün olmayıb.
H.Ruhani çıxışının bir yerində “azəri” ifadəsi işlədib, buna qarşı dərhal “Haray, haray, mən türkəm” şüarı səsləndirilib. O, bundan sonra sözünə düzəliş edib və çıxışını davam etdirib.