İranın keçmiş prezidenti Həsən Ruhani açıqlamasında bəzi etiraflar edib.
Tribunainfo.az xəbər verir ki, o, nüvə texnologiyası sahəsində üzləşdikləri məsələlərdən biri haqqında danışıb.
Ruhani deyib ki, xaricdən aldıqları və uranın zənginləşdirilməsində mühüm rol oynayan avadanlıqların bir çox ikinci əl olub: “Biz maklerlərdən yeni adı ilə ikinci əl sentrifuqalar almışdıq. Daha doğrusu, onlar bu köhnə malları bizə sırımışdılar. Bu da nüvə obyektlərində çirklənməni artırmışdı. Əgər əlimizdə yeni sentrifuqalar olsaydı, İran bu gün uranı 80-90 faizə qədər zənginləşdirmişdi”.
Fərda Uğur