Ruhani Zərifin istefasını qəbul etmədi

Ruhani Zərifin istefasını qəbul etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın XİN-in sözçüsü Bəhram Qasımi açıqlama verib.
Qeuyd edək ki, dünən Məhəmməd Cavad Zərif sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini bildirmişdi.
“Əziz və cəsur İran milləti ilə dəyərli rəsmilərə 47 ay boyunca göstərdikləri nəzakətə görə təşəkkür edirəm. Vəzifədə olduğum müddətdə göstərə bilmədiyim xidmətlərə və çatışmazlıqlara görə səmimiyyətimlə üzr istəyirəm. Sağlıqla qalın”, – deyə Zərif yazmışdı.