backend

Ruhani azərbaycanlıları aldatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həsən Ruhani 2013-cü ildəki seçki kampaniyası zamanı etnik azlıqların yaşadığı rayonların səsini öz proqramındakı vədlər sayəsində ala bildi. 

Həsən Ruhani 2013-cü ildəki seçki kampaniyası zamanı etnik azlıqların yaşadığı rayonların səsini öz proqramındakı vədlər sayəsində ala bildi.

TİA.AZ xəbər verir ki, bunu “Vestnik Kafkaza”saytına açıqlamasında rusiyalı ekspert Lana Ravanda Fədai söyləyib.

“İrandakı prezident seçkisi hər zaman qeyri-müəyyən olub. Burada hər şey demək olar ki, son gün həll edilir. Tehran, İsfahan və Təbriz kimi böyük şəhərlərdə əhalinin özü namizədlər haqqında fikir formalaşdırır. Kiçik yaşayış məntəqələrində isə insanlar daha çox mollaların dediklərinə səs verirlər.

İnsanlar ölkənin daxilində baş verənləri xarici uğurlardan daha çox dəyərləndirirlər. Onlar görürlər ki, Həsən Ruhani iqtisadi vədlərinə əməl etmir və üstəlik, hazırda İranda baş verənlər onların xoşuna gəlmir.

Seçki zamanı İranın qərb və şimal-qərb əraziləri (Azərbaycan və ərəblərin yaşadığı bölgələr nəzərdə tutulur – red.) namizədlərin proqramlarına doğru yönələcəklər. Xatırladım ki, Həsən Ruhani 2013-cü ildəki seçki kampaniyası zamanı etnik azlıqların yaşadığı rayonların səsini öz proqramındakı vədlər sayəsində almışdı. O vəd edirdi ki, məktəblər açacaq, xalqların öz dilində təhsilini inkişaf etdirməsinə yardım edəcək. Bu ona seçkidə çox kömək etdi. Əhmədinejad da seçki öncəsi şimal-qərb rayonlarına gəlmişdi. Onun vədlərinin çoxusu populist xarakterli idi. Bir sözlə, İranın qərb və şimal-qərbinin seçkidə mövqeyi kimin onlara nə vəd edəcəyindən asılı olacaq”, – deyə o bildirib.