backend

Ruhani Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Həsən Ruhani sabah Şərqi Azərbaycan vilayətinə səfər edəcək. 

İran Prezidenti Həsən Ruhani sabah Şərqi Azərbaycan vilayətinə səfər edəcək.


TİA.AZ xəbər verir ki, bu haqda Təbriz Valiliyinin (Ostandari) mətbuat xidməti məlumat yayıb. Bildirib ki, İran prezidenti səfər zamanı sel və daşqınlardan ziyan çəkmiş bölgələrə baş çəkərək, problemlərlə yaxından tanış olacaq.

Məlumatda, həmçinin, bildirilir ki, İran prezidenti səfər müddətində bir neçə layihənin açılışında iştirak edəcək və mətbuat nümayəndələri ilə də görüşəcək.


Bundan öncə İran Prezidenti Ruhaninin daşqınlardan ziyan çəkmiş bölgələrə səfər etməməsi və ümumiyyətlə, İran rəsmilərinin Şərqi Azərbaycandakı sel fəlakətinə biganəliyi azərbaycanlı millət vəkillərinin narazılığına səbəb olmuşdu. Vəramin şəhərinin İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi Azərbaycanda baş verən sel fəlakətinin Prezident Həsən Ruhani üçün əhəmiyyət daşımadığını bildirmiş, prezidentin Azərbaycan vilayətləri əvəzinə Osləviyyə şəhərinə səfərə getməsini tənqid etmişdi.

Qeyd edək ki, 14 apreldə baş verən daşqınlar zamanı Qərbi və Şərqi Azərbaycan vilayətlərində 49 nəfər dünyasını dəyişib, 8 nəfərin meyiti isə hələ də tapılmayıb. Daşqınlardan ən çox Azərşəhr, Əcəbşir, Marağa və Sarab şəhərləri əziyyət çəkib. Bir neçə kənddə evlər tamamilə dağılıb, əkin sahələri məhv olub.