“Rüfət və Cəfərin universitetləri kənarda qaldı…” – Ekspertdən SƏRT sözlər

“Rüfət və Cəfərin universitetləri kənarda qaldı…” – Ekspertdən SƏRT sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” müvafiq sərəncam imzalayıb. Bu sərəncama əsasən, 8 universitet üzrə 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Tribunainfo.az xəbər verir ki, təhsil eksperti, sabiq deputat Etibar Əliyev təqaüd alan universitetlər arasında bəzi məşhur ali məktəblərin olmamasına xüsusi diqqət çəkib.

E.Əliyev bildirib ki, rektor Rüfət Əzizov və Cəfər Cəfərovun idarə etdiyi universitetlərin adı siyahıda yoxdur:

“Siyahıda Rüfətin Universiteti (ADNSU) ilə Cəfərin Universitetini (ADPU) görmürəm… BDU-nun sayı “Hüquq” fakültəsinin hesabınadır. Papağın boş qalmasın, ay Elçin”.

Qeyd edək ki, Prezident təqaüdü alan tələbələr bu universitetlərin tələbələridir:
Bakı Ali Neft Məktəbi
Azərbayacn Tibb Univeristeti
Bakı Dövlət Universiteti
ADA Universiteti
Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dövlət İqtisad Universiteti
Xüsusi təyinatlı Ali təhsil müəssisəsi
Naxçıvan Dövlət Universiteti

Gülşən Rəsul