Rüfət Quliyev namizədlikdən niyə çəkildi? – MÜƏMMA

Rüfət Quliyev namizədlikdən niyə çəkildi? – MÜƏMMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat olmuş Rüfət Quliyev bu dəfə seçkilərdə iştirak etməyəcək.
Bu barədə Tribunainfo.az-a verilən məlumatda deyilir ki, bitərəf deputat namizədliyini irəli sürmək niyyətində deyil.
Rüfət Quliyev uzun illər Lənkəran şəhərinin deputatı olub və o, biznesi ilə tanınır. Son dövrlərdə Rüfət Quliyev internet televiziyalarında səs-küylü çıxışları ilə diqqət mərkəzinə düşüb. Çox maraqlıdır ki, o, budəfəki seçkilərdə iştirak etmək fikrində deyil. Bəzi mənbələrin məlumatına görə, buna səbəb Rüfət Quliyevə yuxarılardan “yox” cavabının verilməsi və onun biznes imkanlarının da məhdudlaşdırılması ilə bağlıdır. Yəni Rüfət Quliyev “vurulmuş” şəxs sayılır. Hər halda indiyə qədər seçkidə iştirak niyyətini açıqlamayıbsa, deməli, deputatlığa hazırlaşmır.

Roman