Qarabağ cins atlarının yetişdiricisi, “Qarabağ cinsli atların Dövlət Damazlıq Kitabı”nın redaktoru Yaşar Quluzadə “Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Yaşar Quluzadənin iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
İş hakim Mədinə Bağırovanın icraatındadır. İşin mahiyyəti müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır.
Təfərrüatlar haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
“Bank Avrasiya” ASC-nın Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlıya məxsus olduğu bildirilir. Bu barədə mediada da kifayət qədər yazılıb. Bankın Müşahidə Şurasının sədri də Rüfət Aslanlının qardaşı Fuad Aslanovdur.
“Bank Avrasiya” ASC 11 iyun 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 71 800 000 manatdır. Bankın İdarə Heyətinin sədri Rüfət Kərimovdur.
Seyid
Yaşar Quluzadə