Rüfət Aslanlının adı qərardan çıxarıldı

Rüfət Aslanlının adı qərardan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara dəyişiklik edib.

TİA.AZ xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində (iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiyanın üzvləri – red.) “Rüfət Aslanlı” sözləri “İbrahim Alışov” sözləri ilə və “Direktorlar Şurasının sədri” (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri -red.) sözləri “İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəzlənib.