Rusiya rublu xarici valyutalar qarşısında dəyər itirməyə davam edir.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu gün Moskva birjasında dolların məzənnəsi rubla nəzərən 37 qəpik bahalaşıb və 99,8 rubl təşkil edib.
Avronun məzənnəsi isə 5,25 qəpik bahalaşıb və 108,82 rubla çatıb.
Bununla yanaşı, rubl Azərbaycan manatı qarşısında da ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Rusiya rublu 0,0170 manat səviyyəsinə enib.