“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atırbackend

“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“RR Constructions” MMC 5 nəfərlik ailəni məhkəməyə verərək onları yaşadıqları evdən çıxarmağa çalışır.

Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti bu məqsədlə məhkəmədə Kazımlı fatimə, Kazımov Elşad, Kazımova Münəvvər, Kazımlı Zəhra, Kazımlı Məryəm ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Tikinti irkəti 5 nəfərlik ailənin yaşadıqları mənzildən çıxarılmasını, mənzilə istfadə hüququna xitam verilməsini, mənzilə hüquqların itirilmiş hesab edilməsini tələb edir.

Tikinti şirkətinin qaldırdığı işlə bağlı prosesə 6 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Fuad Babayevin icraatındadır.

Qeyd edək ki, sakinləri evindən çıxarmağa çalışan tikinti şirkətinin rəhbəri Rəfael Abdullayevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən