“RR Constructions” hakim qarşısında… – Məhkəməbackend

“RR Constructions” hakim qarşısında… – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“RR Constructions” MMC tikinti şirkəti ilə bağlı narazı vətəndaş məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti ilə bağlı iddianı Kazımov Gülağa Kazım oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı G.Kazımov ona dəymiş mənəvi və maddi zərərin ödənilməsini tələb edir.

Tikinti şirkəti olan “RR Constructions” ilə bağlı işə Yasamal rayon məhkəməsində 5 noyabr tarixində baxılacaq. İş hakim Kərim Xudiyevin icraatındadır.

Xatırladaq ki, məhkəməyə verilən tikinti şirkəti inşa etdiyi “İmperial Residence” ilə tanınmışdı. “RR Constructions” tikinti şirkətinin rəhbəri Rafael Abdullayevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən İbrahim