Müğənni evinə oğruların girməsi haqqında ilk dəfə olaraq “Səhər-Səhər” verilişində danışıb
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənni Roza Zərgərli olub.
Müğənni evinə oğruların girməsi haqqında ilk dəfə olaraq “Səhər-Səhər” verilişində danışıb:
“Burada bir sirr açacam. 2 il bundan əvvəl mənim evimə oğrular girdilər. 5 maskalı kişi xeylağı. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim gəl ana-bala gedək yatmağa. Bunun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi. Getdim bunu sakitləşdirməyə. Lara 4 dəfə gedib, gəldi. Axırda əsəbləşib dedim ki, sənin canını alaram, səsini kəs. Özümü də bir qorxu basdı. Amma danlayıram ki, qonşular gələcək. Gəlib otağıma qoyub yataq otağının qapısını bağladım. Bu möcüzədir. Lara Qapını əlləri ilə açıb, bir də qaçdı. Qara basdı məni. Qapının “qlazok”unu açıb baxmaq istəyəndə gördüm qapı aralanır. Tək qadın, 5 üzü maskalı kişi. Mən qapını tutmuşam. O, bu yana dartır, bu bu yana. Sən demə oğru evimizdən imiş. İt də o, oğrunu tanıyırdı. Mənə xəbərdarlıq etdi”.