Axşamınız xeyir, xanımlar və cənablar, Azərbaycan xalqı, rusiyalı uşaqlar, ukraynalı qardaşlar, gürcülər, taciklər özbəklər, qazaxlar və bütün postsovet məkanı. Heç vaxt danışmamışam və heç kimə açıqlama verməmişəm. Lakin bu dəfə demək istəyirəm ki, bizə görə çox məyus oluram, xüsusilə son dövrdə Moskvada “Crocus City Hall”da baş verən son olaydan sonra. Üzücüdür ki, bizimkiləri davamlı olaraq incidirlər. Demək istəyirəm ki, Emin Ağalarov, Araz bəy, biz sizinləyik. Biz istedadlı və hərtərəfli xalqıq. Heç kimi darda qoymayacağıq. Yazıq taciklər hansısa anlaşılmaz və sübut olunmayan səbəblərə görə qaçırlar. Ümumiyyətlə müsəlmanlara, bizim dostlarımıza və qardaşlarımıza qarşı təxmin edilən hərəkətlər qətiyyən doğru deyil.
Bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial mediada paylaşdığı videoda deyib. İlk dəfə sosial mediada video paylaşan iş adamı 22 mart tarixində Moskvada baş vermiş dəhşətli terrordan sarsıldığını bildirib. O, həm də görkəmli iş adamları Emin və Araz Ağalarova dəstək olub.
“Hadisələrin baş verdiyi yerdə olmamışam, lakin qaynar nöqtələrdə olan insanlardan çoxlu faktlar eşitmişəm. Emin və Araz Ağalarov, siz bizim həmyerlimizsiniz, biz sizi çox sevirik, heç vaxt icazə vermərik ki, darda qalasınız, çünki biz bütövük. İndi sizə çox çətindir, Emin bəy, şəxsən sizə müraciət edirəm. Söhbət köməkdən yox, sadəcə mənəvi dəstəkdən gedir. Dünyanın hər yerində yaşayan azərbaycanlılar, sizi çağırıram. Bacarıqlı və daha güclü olun. “Crocus” günahkar deyil ki, ona hücum ediblər, bu gün “Crocus”, sabah başqa bir ticarət mərkəzi ola bilər, ondan sonra başqa bir hadisə…” , – Anar Cəlilov qeyd edib./aqreqator.az