Əməkdar artist Röya Ayxan ikinci dəfə ailə qurmaqdan danışıb. Əməkdar artist Röya Ayxan ikinci dəfə ailə qurmaqdan danışıb.
TİA.AZ xəbər verir ki, sənətçi bu barədə “Xəzər maqazin” verilişində müsahibəsində danışıb:
“ Yalan deməyəcəm, həyatımda heç kim yoxdur. Hüseynin arzuları var. Ondan sonra ailə qurmaq haqqında düşünərəm. Hiss edirəm ki, 40 yaşında ailə quracam. Dostlarım deyir, ay qız, oğlun böyüyür, onu düşünməlisən. Deyirəm niyə özümü düşünməməliyəm? Hətta 50 yaşımda bikinidə konsert verəcəm. O bədəni saxlayıramsa, niyə də eləməyim?”
Əməkdar artist bu yaxınlarda paylaşdığı şəkildən də danışıb:
“O mənim İstanbuldakı menecerimin əlidir. Hamı söhbət edirdi, mən də darıxırdım. Əslində üzüyümün şəkilini çəkmək istəyirdim. O da mənə mane olmaq istəyirdi. Bax həmin şəkil belə çəkilib. Özü də evlidir. Mənim dostlarımın həyat yoldaşı artıq məni tanıyırlar”.