31 dekabrda Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Ən Yeni İl” gecəsi ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Konfransda müğənni Miri Yusiflə Röya da iştirak etməli idi, amma tədbirə onlardan biri qatılıb.

TİA.AZ-a verilən məlumata görə, Röya jurnalistlərlə arasında yaranmış gərginlikdən dolayı mətbuat konfransından kənarlaşdırılıb.
Təşkilatçılar müğənni ilə jurnalistlər arasında hər hansı konfliktin yaranmaması üçün Röya Ayxanın adının konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarıldığını bildiriblər.
BOS-un mətbuat xidməti Cəmilə Mehdiyeva isə deyib ki, onlar üçün media mənsubları daha vacib və dəyərlidir. Lakin jurnalistlər xahiş edərlərsə, Röya ilə də xüsusi görüş təşkil olunacaq.
Mətbuat nümayəndələrinin suallarını yalnız Miri Yusif cavablandırıb.