Röya bağ evinin müsadirə edilməsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub. 

Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub.

 Onun sahibi olduğu “Çudo peçka” dükanlar şəbəkəsinə daxil olan bütün obyektlər vergi borcuna görə möhürlənərək bağlanıb.

Məlumata görə, Çingiz Cəlilovun hətta adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri də müsadirə olunub.

Big.az-ın yaydığı məlumata görə, müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, müğənni Röyaya bağışladığı Nabrandakı milyonluq bağ evi də var.

Məsələ ilə bağlı Mətbuat.az-a açıqlama verən Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:

“Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir”.