“Balakhanı Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının keçmiş prezidenti Wolker James Alanla ötən ildən davam edən məhkəməsi fevral ayına təxirə salınıb. Keçmiş prezident məhkəməyə verdiyi şirkətin ona ödəmədiyi əmək haqqını tələb edir.
Tribunainfo.az xəbər verir ki, iddianı qaldıran Kanada vətəndaşı olan keçmiş prezident Volker James Alan “Balakhanı Operating Company LTD” ilə əmək mübahisəsi yaşayır. Hələlik məlum olmayan səbəbdən işinə xitam verilən prezident yenidən işə bərpa edilməsini və əmək haqqını tələb edir. Proses ötən ilin sentyabrdan başlayıb. İndiyə qədər tərəflər arasında 8 iclas baş tutub, lakin heç bir nəticə əldə edilməyib.
Yasamal rayon Məhkəməsində baxılan işlə bağlı növbəti proses 10 fevral tarixində təyin edilib. İş hakim Aydan Oruclunun icraatındadır.
Qeyd edək ki, şirkətlə bağlı iddia qaldıran Ceyms Volker Alan 2023-cü ilin 16 yanvar tarixindən etibarən “Balakhani Operating Company LTD” şirkətində çalışıb. Ölkədə müvəqqəti yaşayış icazəsi əsasında qalan əməkdaşın əmək müqaviləsinə 2023-cü ilin 01 dekabr tarixində müqavilə müddətinin bitdiyinə görə xitam verilib.
Xatırladaq ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən