Rövşən Əsgərov beynəlxalq axtarışa verildi

Rövşən Əsgərov beynəlxalq axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məhkəmə keçmiş “Nə? Harada? Nə vaxt?” viktorinasının qalibi Rövşən Əsgərovun barəsində qiyabi həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Agentliyini məlumatına görə, R.Əsgərov barədə yeniliyi Rusiya İstintaq Komitəsinin (İK) Nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında bildirib.

Qeyd edək ki, hələ 2022-ci ildən Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanınıb, “Rosfinmonitorinq” tərəfindən isə o, terrorçular və ekstremistlər siyahısına daxil edilib.

R.Əsgərovun təqsiri 4 dəfə Sovet İttifaqı Qəhrəmanı marşal Georgi Jukov haqqında tənqidi fikirlər səsləndirməsi, onu qarətçi adlandırması olub.

Qeyd edək ki, 1946-48-ci illərdə Stalinin göstərişi ilə marşal Jukova və daha 11 generala qarşı “Qənimət işi” adlı cinayət işi başlanıb və istintaq ortaya çıxarıb ki, marşal və generallar Almaniyadan SSRİ-yə böyük həcmdə qarət olunmuş əşyalar, bahalı məmulatlar gətiriblər. Həmin generallardan 3-ü güllələnib, 3-ü 25 il həbs cəzasına məruz qalıb, marşal Jukovu isə müdafiə nazirinin müavini postundan götürüb Odessa hərbi dairəsinə komandan vəzifəsinə göndəriblər.

Bundan başqa, Rusiya İstintaq Komitəsinin yuxarıda adı çəkilən şöbəsinin müdiri bildirib ki, məhkəmə qiyabi həbs üçün litvalı millətçi Valdas Bartkeviçiusa həbs cəzası verib. Onu Ukrayna ordusunun Kursk vilayətinə daxil olmasına və Moskva yaxınlığındakı konsert salonunda terror aktına haqq qazandırmaqda təqsirli sayırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyada məhkəmə “Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının üzvü olmuş Rövşan Əsgərova 130 min rubl məbləğində cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb. “RİA Novosti” xəbər verir ki, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb. Əvvəllər məhkəmə Əsgərovu 3 dəfə cərimələyib.