AFFA prezidenti Rövnəq Abdullayev millinin baş məşqçisi Canni De Byazinin vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib:
“Bu artıq dönüşdü. Çempionat da maraqlı keçir. De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsini verincə, gəlin motivasiya edək Belçikada da qələbə qazansın”.
Tribunainfo.az-ın xəbərinə görə, Azərbaycanın İsveç üzərində 3:0 qələbəsi müəyyən müzakirələrə yol açıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində gedən müzakirələrdə bu qalibiyyətin ardınca De Byazi ilə müqavilənin uzadılacağı iddia olunur. R.Abdullayevin onun gedişini istəmədiyi haqda fikirlər səslənir.
Son vaxtlar istefaya çağırılan, nəticələrin fiasko olmasına görə sərt tənqid edilən, hətta gedişi dəqiqləşmək üzrə olan italiyalı baş məşqçinin Estoniya və İsveç qələbələrindən sonra saxlanacağı gözlənilir.