Rövnəq Abdullayev: Azərbaycana on milyardlarla sabit gəlir gətirəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2016-cı ildə ölkə üzrə 41 milyon tondan artıq neft, 29,3 milyard kubmetr qaz hasil edilib”.

 

“2016-cı ildə ölkə üzrə 41 milyon tondan artıq neft, 29,3 milyard kubmetr qaz hasil edilib”.

TİA.AZ xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, çıxarılmış neftin 7,5 milyon tonu, qazın isə 6,2 milyard kubmetri SOCAR tərəfindən hasil edilib.

“Cari ilin ilkin hasilat göstəriciləri də qənaətbəxşdir”, – deyən R.Abdullayev bildirib ki, 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb: “Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcəkdir”.