Rusiyanın Rostov şəhərində yaşayan ermənilər təxribata əl atıblar. Tribunainfo.az xəbər verir ki, bu dəfə onlar Rostiv şəhərində “Doni Naxçıvan” adlı qəzet nəşr etməyə başlayıblar.
Ermənicə nəşr edilən qəzetin baş redaktoru Olya Babacanyandır. O iddia edib ki, qəzetin adını belə qoymasına səbəb Rostovda guya, çoxlu sayda Naxçıvandan köçmüş ermənilərin yaşamasıdır.
Bildirək ki, erməni dilində nəşr olunan qəzetin ilk sayında Qarabağ döyüşlərinə iştirak etmiş ermənilərdən və “İ love Artsax” adlı məqalələr dərc olunub.