“Rosqvardiya” döyüşçülərinin dəstəyi ilə polis əməkdaşları Rusiya paytaxtında yerləşən “Moskva” Ticarət mərkəzində reyd keçirir.
“Rosqvardiya” döyüşçülərinin dəstəyi ilə polis əməkdaşları Rusiya paytaxtında yerləşən “Moskva” Ticarət mərkəzində reyd keçirir. Virtualaz.org xəbər verir ki, bu barədə Lenta.ru yazıb.
“Təxminən saat 15-də (Bakı vaxtı ilə saat 16 – red.) mərkəz ziyarətçilərin girişi üçün bağlanıb, miqrasiya və əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması yoxlıanılır”.
Xəbər verdiyimiz kimi, sentyabrın 20-də mühafizəçinin Tacikistan vətəndaşını döydüyünə görə “Moskva” Ticarət mərkəzinin yaxınlığında baş vermiş insidentdən sonra 250 nəfər saxlanılıb.
MDB Miqrantlar Federasiyasının prezidenti Karomat Şaripovun sözlərinə görə, saxlanılanlar arasında zərərçəkmiş Tacikistan vətəndaşının qohumları da var.
“Moskva” Ticarət Mərkəzinin yaxınlığında özəl mühafizə şirkətinin əməkdaşları ilə Tacikistandan olan miqrantlar arasında kütləvi davada 150 nəfərədək insan iştirak edib. İnsidentin yaranmasına şirkətin mühafizəçisinin Tacikistan vətəndaşını döyməsi səbəb olub.
Döyülən kişinin yerləşdirildiyi xəstəxananın ətrafında gecə saatlarında təhlükəsizlik tədbirləri gücləndirilib.