“Rosbank”a böyük kiberhücum oldu, xidmətlər dondubackend

“Rosbank”a böyük kiberhücum oldu, xidmətlər dondu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rosbank tətbiqləri, internet-bank və veb saytı böyük DDoS hücumu səbəbindən müvəqqəti olaraq əlçatan deyil.

Tribunainfo.az  xəbər verir ki, bu barədə “İnterfaks” kredit təşkilatının Telegram kanalına istinadən məlumat yayıb.

“Biz texniki cəhətdən belə hallara hazırıq. Bu sahədə bütün Rosbank mütəxəssisləri cəlb olunub. Biz bütün xidmətlərin yenidən əlçatan olması üçün əlimizdən gələni edirik”, – deyə bank əmin edib.
Məlumatda deyilir ki, bankın əsas sistemləri normal işləyir.
Fevral ayında Rusiya Bankının sədr müavini Filip Qabunia 2022-ci ildə ölkənin maliyyə institutlarına DDoS hücumlarının sayının 4 dəfə artdığını bildirmişdi.