Ronalduya ilin ən yaxşı bombardiri mükafatı təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronalduya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.

 

“Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronalduya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.

TİA.AZ goal.az-a istindən xəbər verir ki, qollar hesablanarkən yığma və klubda yalnız beynəlxalq səviyyədə vurulan toplar nəzərə alınıb. 32 yaşlı forvard 2016-cı ildə 24 qol vurub (13 qol Portuqaliya millisində, 11 qol “Real”ın heyətində). Ronaldu rekord sayda – üçüncü dəfə bu mükafatın sahibi olub. O, bundan əvvəl 2013 və 2014-cü illərdə qalib gəlib.