Ronaldu üçün 780 min dollarlıq eksklüziv saat hazırlandı – FOTObackend

Ronaldu üçün 780 min dollarlıq eksklüziv saat hazırlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəbdəbəli saat istehsalçısı “Jacob & Co”Kriştianu Ronaldu üçün eksklüziv saat yaradıb.

“Caviar Flying Tourbillon” adlı xüsusi model qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlərlə bəzədilib. Savoritlər təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Onlar çox bahalıdır, rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.

Ronaldunun saatında bu daşlardan 300 ədədi yer alıb. Korpusun özü ağ qızıldan, qayışı isə timsah dərisindən hazırlanıb. Saat 780 min dollar dəyərində qiymətləndirilir.