Ronaldu dünyanın ən məşhur idmançısı seçilib- İlk “10-luq“ açıqlandı

Ronaldu dünyanın ən məşhur idmançısı seçilib- İlk “10-luq“ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın ESPN kanalı araşdırma aparıb. ABŞ-ın “Klivlend Kavalyers” komandasının basketbolçusu Lebron Ceyms 2-ci, İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi isə 3-cü olub.
Qeyd edək ki, siyahı hazırlanarkən idmançıların gəlirləri, sosial şəbəkədəki abunəçilərinin sayı və “Googla”da axtarış sorğusunun nəticələri təhlil edilib.
İlk “10-luq”da qərarlaşan idmançılar bunlardır.
1. Kristiano Ronaldo – futbol
2. Lebron Ceyms – basketbol
3. Lionel Messi – futbol
4. Neymar – futbol
5. Roje Federer – tennis
6. Tayqer Vuds – qolf
7. Kevin Dürant – basketbol
8. Rafael Nadal – tennis
9 Stefen Körri – basketbol
10. Fil Mikelson – qolf.