Ronaldonun klubu “Mançester Yunayted”in 2 futbolçusunu hədəf aldıbackend

Ronaldonun klubu “Mançester Yunayted”in 2 futbolçusunu hədəf aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”i “Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bisakanı və yarımmüdafiəçisi Kasemironu heyətinə qatmağı planlaşdırır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

 

“Əl-Nəsr” futbolçusu, “Mançester Yunayted”in sabiq oyunçusu Kriştiano Ronaldonun dəstəyi ilə Kazemiroya nəhəng təklif göndərməyə hazırlaşır. Həmçinin Səudiyyə Ərəbistanı klubu bu ay Van-Bisaka transfer etməyi hədəf alıb

Qeyd edək ki, bu mövsüm 26 yaşlı Aaron Wan-Bissaka “Mançester Yunayted”in heyətində 17 oyun keçirib və 2 qolun ötürməsini verib. Kazemiro bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyunda 1 qol vurub. O, həmçinin Çempionlar Liqasında 2 oyun keçirib, 2 qol vurub və İngiltərə Liqa Kubokunda 2 matçda 1 dəfə fərqlənib.