Türkiyəli məşhur futbolçu, bir zamanlar “Villareal”, “Real Sosyedad”, kimi klublarda oynayan Nihat Kahveci Kristiano Ronaldo ilə oyundan sonra özü ilə bağlı fikirlərinin dəyişdiyini deyib.
Tribunainfo.az xəbər verir ki, N.Kahveci bildirib ki, onu həmişə sürətli oyunçu adlandırıblar. O özü haqqında da həmişə bu fikirdə olub. ancaq Ronaldo ilə oyundan sonra fikri dəyişib:
“Mən sürətli oyunçu idim. Bu mövzuda təvazökar olmayacağam. Dostlarım, müəllimlərim həmişə mənə deyirdilər ki, sən sürətlisən, güclüsən. Mən də həmişə buna inanmışam… Kristiano Ronaldo ilə tanış olana qədər!
Künc zərbəsi vurulacaqdı. Cərimə meydançasında dönən topu tutacaqdım. Rəqibin qapıçısı topu götürüb Kristianoya verdi. Birlikdə sprint edirdik, 10 metr birlikdə qaçdıq, 20 metr birlikdə qaçdıq… Sevindim ki, mən həqiqətən sürətliyəmmiş. Birdən sanki kimsə düyməni basdı və Ronaldo sanki uçdu. Bundan sonra heç kim mənə “tez” və ya “sürətli” deməsin dedim. Oğlanın əlavə 100 at gücü var”.