Bir müddət “Əl Nassr”da çıxış edən Vəlid Abdullah dünyaca məşhur ulduzla bağlı diqqətçəkən açıqlamalar verib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldonun “Əl Nassr”dan keçmiş komanda yoldaşı Valeed Abdullah məşhur portuqaliyalı ulduz haqqında mühüm açıqlamalar verib.
Hazırda “Əl-Diraiyah”da çıxış edən 38 yaşlı qolkiper CR-nin İslam dini ilə çox maraqlandığını və namazın rükətlərini öyrənməyə başladığını bildirib.
“Əl-Nassr”da oynayarkən məşqi zamanı baş verən hadisəni də danışan Valeed Abdullah, “Əgər biz məşq edirdiksə və azan vaxtı idisə, o anda Kriştiano Ronaldo baş məşqçi ilə görüşüb ondan oyunu dayandırmasını istəyirdi”, – deyib.
Əflatun