Ronaldo xərçəng xəstəsi olan müsəlman uşağı ziyarət etdi-FOTOLAR

Ronaldo xərçəng xəstəsi olan müsəlman uşağı ziyarət etdi-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moderator.az xəbər verir ki, bu haqda “Facebook” səhifəsində Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzi uşaq onkologiyası şöbəsinin aparıcı elmi əməkdaşı Damira Bayzakova yazıb.  Ronaldo ilə yanaşı,  “Yuventus”  klubunun digər oyunçuları: Paolo Dibala və Xuan Kuadrado da Turindəki Onkologiya mərkəzində xəstələri ziyarət ediblər.

Bayzakovanın sözlərinə görə, İtaliyada müalicə alan qırğız qızın adı “Yuna”dır. O, sümük sarkomasından əziyyət çəkir. Azyaşlı  bir neçə kimya-terapiya kursu da daxil olmaqla artıq müalicənin ən çətin mərhələlərini keçib.

İtaliya şəhərindəki eyni xəstəxanda Nurpazıl adlı qırğız yeniyetmə də müalicə alır. Turin polisləri onu ziyarət edərək hədiyyələr bağışlayıb.