“Real”ın futbolçuları Kriştiano Ronaldo və Daniel Karvahal zədələrini sağaldıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçu komanda ilə ümumi məşqlərdə iştirak ediblər. Onlar Çempionlar Liqasının finalında “Liverpul”a qarşı keçiriləcək matçda oynaya biləcəklər.
Qeyd edək ki, “Real” – “Liverpul” görüşü mayın 26-ı keçiriləcək.