Ronaldo Messini ən yaxşı adlandıran uşağa nə cavab verdi? – VİDEObackend

Ronaldo Messini ən yaxşı adlandıran uşağa nə cavab verdi? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ən-Nəsr”in futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Batin”lə matçın (3:1) fasiləsində paltardəyişmə otağına yollanarkən koridorda azyaşlı azarkeş ona Lionel Messinin ən yaxşı olduğunu deyib. Portuqaliyalı ulduzun ona hansı cavabı verməsi müzakirələrə səbəb olub.
Öncə Kriştianunun – “Elədirsə, get onu izlə”, – dediyi ilə bağlı iddialar ortaya atılıb. Ancaq sonradan məlum olub ki, Ronaldu azarkeşə reaksiya verməyib. Onun əslində portuqalca – “Sadə oyun idi. Lənətə gəlmiş sadə oyun”, – dediyi məlum olub.