Səudiyyə Ərəbistanı Pro Liqasında 22-ci turun oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, Kristiano Ronaldonun kapitanı olduğu “Ən-Nəsr” Məkkədə yerli “Əl-Vahda”nın qonağı olub.
Oyunda hesabı Kristiano Ronaldo açıb. O, karyerasındakı 925-ci qolu vurub. Sadio Mane son dəqiqələrdə fərqi artıraraq komandasının qələbəsində pay sahibi olub – 2:0.
Hazırda “Ən-Nəsr” 47 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. Onun rəqibi “Əl-Vahda” 13 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb. Çempionata 55 xalla “Əl-İttihad” başçılıq edir.