Ronaldo karyerasını nə zaman bitirir? – Özü dedi

Ronaldo karyerasını nə zaman bitirir? – Özü dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin forvardı Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala şərh verib.

39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan – dubl etdiyi qarşılaşmadan (5:1) sonra bunları söyləyib:

“Mən sadəcə həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vurmağı düşünəcəm”.