39 yaşlı “Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasını Lissabonun “Sportinq” klubunda bitirmək istəyir.
Tribunainfo.az TCR-ə istinadən xəbər verir ki, “Qızıl top”un beşqat sahibinə görə, doğma klubu olmasaydı, o, “McDonald’s”da işləyəcəkdi .
“Karyeramı “Sportinq”də başa vuracağam. Bir mövsüm keçirsəm belə, bu kluba qayıtmaq istəyirəm. Bu klub məni böyüdüb. “Sportinq” olmasaydı, yəqin ki, “McDonalds”da işləyəcəkdim”, deyə Ronaldo bildirib.
Xatırladaq ki, Ronaldo “Sportinq”in yetirməsidir. 2003-cü ildə Portuqaliya klubu Kriştianonu 19 milyon avroya “Mançester Yunayted”ə satıb.
2022-ci ilin dekabrında portuqaliyalı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.