Ronaldo ən yaxşı seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasında V turun ən yaxşı futbolçusu bəlli olub

 

Çempionlar Liqasında V turun ən yaxşı futbolçusu bəlli olub

UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə “Real”ın hücumçusu Kriştianu Ronaldo qalib gəlib.
 
APOEL-lə qarşılaşmada 2 qol vurub, 1 məhsuldar ötürmə verən portuqaliyalı səslərin 43 faizini toplayıb. PSJ-nin braziliyalı legioneri Neymar 2-ci olub – 28 faiz.
 
Robert Levandovski (“Bavariya”) və “Çelsi”nin “Qarabağ”la Bakıdakı oyununun qəhrəmanı Eden Azar hərəyə 8 faiz səs yığa bilib.
 
UEFA-nın azarkeşlərin ixtiyarına buraxdığı səsvermədə digər namizədlər 5 faiz səddini adlaya bilməyib. Timo Verner (“Leypsiq”) 5, Hari Keyn (“Tottenhem”) və Lorenso İnsinye (“Napoli”) hərəyə 3, Yannik Karasko (“Atletiko”) cəmi 1 faiz tərəfindən bəyənilib.