Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo rəsmi oyunlarda başla vurulan qollara görə rekorda imza atıb.
Tribunainfo.az xəbər verir ki, 38 yaşlı hücumçu Tunisin “Monastir” klubu ilə Ərəb Çempionlar Kubokunun qrup mərhələsinin oyununda (4:1) qol vurub. Ronaldo rəsmi matçda 145-ci baş zərbəsinə imza ataraq, rekord vurub. Bu göstəriciyə görə o, başı ilə 144 qol vuran Almaniya millisinin sabiq hücumçusu Herd Mülleri qabaqlayır. Üçüncü yeri ispan Karlos Santillana (125) tutur.