Ronaldinyo həbsxanada turnirin qalibi oldu

Ronaldinyo həbsxanada turnirin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvaydakı həbsxanada turnirin qalibi olub.

“Report”un məlumatına görə, final qarşılaşmasında 40 yaşlı sabiq yarımmüdafiəçinin komandası rəqibi 11:2 hesabı ilə məğlub edib. Ronaldinyo bu görüşdə 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ronaldinyonun komandası bu qələbəyə ilə 16 kq-lıq donuz balası qazanıb.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon Paraqvay hava limanında saxta pasport təqdim edib. Martın 5-də yerli prokurorluq “sambaçılar”ın həbsinə dair order versə də, ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.

Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib.