Məşhur braziliyalı futbolçu, 1994-cü ilin dünya çempionu Romario “Podemos” partiyasından Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini irəli sürmək niyyətindədir.
Məşhur braziliyalı futbolçu, 1994-cü ilin dünya çempionu Romario “Podemos” partiyasından Rio-de-Janeyronun qubernatoru postuna namizədliyini irəli sürmək niyyətindədir.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, Braziliya Parlamentinin Yuxarı palatasında senator vəzifəsini tutan sabiq futbolçu müvafiq bəyanatla çərşənbə axşamı yerli SporTV telekanalının efirində çıxış edib.
“Gələn il Rio-de-Janeyronun qubernatoru vəzifəsinə seçkilər keçiriləcək və çox güman ki, mən namizəd olacağam. Biz partiya həmkarlarımız arasında görüşlər keçirəcəyik. Artıq indidən demək olar ki, mən namizədliyimin irəli sürülməsi üçün əlimdən gələni edəcəyəm”, – deyə o əlavə edib.