Türkiyədə cinayət hadisəsi baş verib. Bodrum şəhər sakini Fatih Zencir Londonda yaşayan və supermarket müdiri olan sevgilisi Faiza Dridin boğazını kəsib. Türkiyədə cinayət hadisəsi baş verib. Bodrum şəhər sakini Fatih Zencir Londonda yaşayan və supermarket müdiri olan sevgilisi Faiza Dridin boğazını kəsib.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, aşpazlıq edən F.Zencir cinayəti törətdikdən sonra qaçıb gizlənib. Hadisədən 10 saat sonra Türkiyə polisi onu həbs edə bilib.
Bir müddət öncə sosial şəbəkələrdə Fatih Zencirin Faiza Dridi Bodrumda romantik şəkildə qarşılamışdı. Bu anın videosu sosial şəbəkdə paylaşılmışdı. Romantik sevgili hava limanının piyada keçidində yerə çiçəklər düzmüş və şamlarla “Will you marry me?” (mənimlə evlənərsən?) yazaraq Faizaya sürpriz hazırlamışdı.
Evlilik təklifi qarşısında həyəcanını gizlədə bilməyən Drid türk sevgilisini qucaqlayıb onun təklifini qəbul etmişdi.
Ancaq onların xoşbəxtlik görüntüsü çox uzun çəkməyib. Fatih Zencir tez-tez mübahisə etdiyi Drid ilə saat 04.00 radələrində Bitez Sahilində görüşüb.
Növbəti mübahisə zamanı Fatih Zencir qadını boğaz və qarın nahiyələrindən bıçaqlayaraq qaçıb. Polisə ifadəsində Zencir bildirib ki, Dridi çox sevib:
“Onu çox sevirdim. Amma o, Bodruma gələndən sonra barlardan, diskoklublardan çıxmadı. Özünü də, məni də rəzil etdi. Onu vuranda içkili idim. Nə etdiyimi bilmədim. Çox peşimanam”.
Polis hadisəylə bağlı araşdırmaya başlayıb.