“Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyunu bitməsinə baxmayaraq hələ də Bakıdadır.
“Qafqazinfo”nun yazdığına görə, dünən rusiyalı olixarq Azərbaycan paytaxtında “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovla görüşüb və onlar İçərişəhərdə yerləşən restoranların birində masa arxasında görüntüləniblər.
Amma “Gilan Holdinq”dən virtualaz.org-a bildiriblər ki, Tale Heydərov İçərişəhərdəki restoranda Roman Abramoviçlə keçirilən görüşdə iştirak etməyib.